İspaniyada 1180 nəfər istidən öldü

15.07.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bu il may-iyun aylarında İspaniyada müşahidə edilən qızmar istilər 1 200-ə yaxın insanın ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mayın 16-dan iyulun 13-dək istilik dalğaları ilə bağlı 1 180 ölüm qeydə alınıb.

Ölənlərin 95 faizi yaşı 65-dən yuxarı insanlardır.

Qeyd edək ki, ötən ilin eyni dövründə İspaniyada isti havalar 70 nəfərin ölümünə səbəb olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью