İspaniyada 17 ci əsrə aid unikal tablolar tapıldı

25.05.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

İspaniyada 96 ildir itkin düşən 17-ci əsrə aid unikal tablolar polis tərəfindən tapılıb.

"Euronews" xəbər verir ki, sevilyalı rəssam Lukas Valdesə aid edilən iki yağlı boya əsəri 1929-cu ildə keçirilən İbero-Amerika Sərgisinə müvəqqəti verilsə də, sərgi bitdikdən sonra müəmmalı şəkildə yoxa çıxmışdı.

Uzun illər sonra bir hərrac evinin kataloqunda peyda olan eksponatlar hüquq-mühafizə orqanlarının diqqətini çəkib və satışı dayandırılaraq mühafizə altına alınıb.

Polisin və mədəniyyət rəsmilərinin apardığı araşdırmalar, eləcə də tablonun hazırkı sahibləri ilə aparılan vasitəçilik missiyası uğurla nəticələnib.

Gülüstan müqaviləsi haqqında film hazırlandı "Azərbaycan xalqı onun qoyduğu irslə fəxr edə bilər..." - Dünya liderləri Heydər Əliyev haqqında Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью