İspaniyada 2 sərnişin avtobusu toqquşdu

03.03.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Barselonanın mərkəzi küçələrinin birində 2 sərnişin avtobusu toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 34 nəfər yaralanıb.

4 yaralının vəziyyəti ağırdır. Onlardan 3-ü dərhal xəstəxanaya çatdırılıb. Bir nəfər isə avtobusda sıxılı vəziyyətdə qaldığından həkimlərə bir qədər gec təslim edilib. 

Hadisə yerinə ümumilikdə 19 təcili tibbi yardım briqadası gəlib.

Qeyd edək ki, qəza sürücülərdən birinin səhlənkarlığı üzündən baş verib. Arxadan digər avtobus tərəfindən vurulan birinci avtobus idarəetməni itirərək səkidəki ağaca çırpılıb ki, bu da yaralananların sayının artmasına səbəb olub.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью