Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İspaniyada əməkhaqlarının artırılması və mənzil əlçatanlığının təmin edilməsi tələbi ilə 11 noyabr tarixində 24 saatlıq ümumi tətil keçiriləcək.
APA xəbər verir ki, tətilə ölkənin iki böyük həmkarlar ittifaqı – CC OO və UGT dəstək verib.
Gün ərzində müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil olunacaq. Həmkarlar ittifaqları yaşayış xərclərinin artdığını, mənzil qiymətlərinin əlçatmaz olduğunu bildirərək 2027-ci ildə minimum əməkhaqqının ən azı 7 faiz artırılmasını tələb edirlər.