İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb

25.08.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyada yay mövsümündə azı 5 030 ölüm halı ekstremal isti hava şəraiti ilə əlaqələndirilib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Ölüm Hallarının Gündəlik Monitorinq Sisteminin məlumatlarında bildirilir.

Məlumata görə, bu, müşahidələrin aparılmağa başlandığı 2015-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir.

Daha əvvəl ispaniyalı meteoroloqlar 2026-cı ilin ilk yarısının krallıqda son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. Cari ilin iyun ayı müşahidələr tarixində ikinci ən isti iyun, iyul ayı isə 1961-ci ildən bəri aparılan hesablamalara əsasən, ən isti və quraq iyul ayı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью