İspaniyada anomal istilərdən rekord sayda ölüm halı baş verib

31.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 İspaniyada anomal istilər nəticəsində ümumilikdə 5232 nəfər ölüb. 

Bakıvaxtı.az "El Periоdico" qəzetinə istinadən xəbər verir ki, bu barədə MoMo ölüm monitorinq sistemi məlumat yayıb.

Məlumata görə, təkcə avqust ayında istidən 2147 nəfər ölüb. Bu rəqəmlər artıq əvvəlki illərin maksimum göstəricilərini keçib. Belə ki, 2022-ci ildə 4789 ölüm, 2023-cü ildə isə 3035 ölüm halı qeydə alınıb.

Bu il istidən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı insanlar olub və ümumi sayın 60%-ni qadınlar təşkil edib.

Gülşən Şərif
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью