İspaniyada azyaşlı uşağı anasının razılığı olmadan öpən qadın həbs edilib

15.07.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyada azyaşlı uşağı anasının razılığı olmadan öpən qadın həbs edilib.

Oxu.Az bu barədə "20 Minutos" nəşrinə istinadla xəbər verir.

Ana bir yaşlı uşağı ilə Bilbao şəhərində parkda olarkən naməlum qadın onlara yaxınlaşıb və heç bir söz demədən uşağı dodaqlarından öpüb. Ana dərhal polis çağırıb və qadın saxlanılıb.

O, yerli polis bölməsinə aparılıb, orada dindirilib və cinsi zorakılıq ittihamı ilə hakim qarşısına çıxarılıb. İstintaq bu əməli potensial təhlükə və azyaşlı uşağın şəxsi sərhədlərini pozma kimi nəzərdən keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью