İspaniyada Baş nazirə hücumla bağlı araşdırmalar başlayıb | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspanyada baş verən daşqınlar sonrası ərazini ziyarət edən Baş nazir Pedro Sançes hücuma məruz qalıb.
Demokrat.az xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska TVE telekanalına müsahibəsində bildirib ki, baş nazir Pedro Sançesin vurulması ilə bağlı Mülki Qvardiyanın təhqiqatına başlayıb.
"Mülki Qvardiyanın İnformasiya Qərargahı istintaqı öz üzərinə götürüb", - deyə nazir bildirib.
Qrande-Marlaskanın sözlərinə görə, Sançesə hücumun aqressiv iştirakçıları çox güman ki, mütəşəkkil hərəkət ediblər.Oktyabrın 29-da Valensiyanın bəzi ərazilərində yağıntı bir neçə saat ərzində bir illik yağıntıya bərabər olub.
Bəzi yerlərdə göydən düşən suyun həcmi hər kvadratmetrə 500 litrə çatıb.
Əfsanə Kamal Demokrat.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu