Icma.az bildirir, Olke.az portalına istinadən.
Şimali Afrikada İspaniya ərazisi olan Seutaya keçən qanunsuz miqrantlardan təxminən 69.500 nəfəri Mərakeşə qayıdıb, hadisələr zamanı isə 67 nəfər dünyasını dəyişib.
Ölkə.az EFE agentliyinə istinadən xəbər verir ki, Mərakeşdən İspaniyanın Seuta şəhərinə keçən qanunsuz miqrantların geri qayıtması davam edir.
Son 30 saat ərzində təxminən 69.500 insanın Mərakeşə qayıtdığı və gecə ərzində yeni qanunsuz keçidlərin qeydə alınmadığı bildirilib.
Daxili İşlər Nazirliyi Mərakeşdən İspaniyaya keçməyə çalışarkən həyatını itirən qanunsuz miqrantların sayının artdığını və ölənlərin sayının 67-yə çatdığını açıqlayıb.
"El Pais"in yazdığına görə, İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenə məktub göndərib.
Məlumata görə, Sançes məktubunda Seutadakı hadisələrdən sonra bəzi Aİ üzv dövlətlərinin İspaniyaya qarşı mövqeyi tənqid olunub və bütün üzv dövlətlərin daxili işlər nazirlərinin iştirakı ilə görüş tələb etdiyi bildirilib.
Qeyd edək ki, 30 iyul Cümə axşamı günü, səlahiyyətlilər Mərakeşin Fenidek şəhərinin sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya üzməyə çalışan 800-dən çox qanunsuz miqrantın qarşısını almaq üçün müdaxilə ediblər.
İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün resurslarını səfərbər etdiyini açıqlamışdı.
İspaniya hökuməti Seuta istiqamətində qanunsuz miqrasiya cəhdlərinin artmasından sonra təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirmək qərarına gəlmişdi.
İspaniya hökuməti dünən açıqladı ki, üzməklə və ya piyada getməklə Seuta şəhərinə keçən insanların sayı 49 mini keçib.
Mürtəza