İspaniyada bomba dolu çanta partladı polis məmuru həlak oldu

11.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın Asturias bölgəsindəki Oviedoda yaşayış binasında atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma zamanı 17 yaşlı qız yaralanıb. O, hazırda xəstəxanada müalicə alır və vəziyyəti ağır deyil.

Hadisədən sonra polis mənzildə şübhəli bel çantası aşkarlayıb. Dərhal hadisə yerinə bomba zərərsizləşdirmə qrupları göndərilib. Onlar sakinlərin təhlükəsizliyi üçün bel çantasını mənzildən çıxarmaq istəyərkən partlayış baş verib,

Nəticədə bir polis məmuru ölüb, digəri isə ayağını itirərək ağır yaralanıb.

Hazırda polis hadisə yerindən maşınla qaçan şübhəlinin axtarışındadır. Onun tutulması üçün Oviedo və Asturias şəhərlərində giriş və çıxış məntəqələrində xüsusi yoxlama məntəqələri qurulub.

Polis həmçinin şübhəlinin silahlı olduğunu və daha çox partlayıcı maddə daşıdığı ehtimalının olduğunu açıqlayıb.

İspaniyanın Baş naziri Pedro Sançez sosial media hesabında hadisə ilə bağlı paylaşım edib:

“Oviedoda polis məmurunun ölümündən dərin kədər hissi keçirirəm. Ailəsinin və həmkarlarının ağrısını sözlə yüngülləşdirmək mümkün deyil. Onlara dərin hüznlə başsağlığı verirəm və ağır yaralanan zabitə şəfa diləyirəm. Sizin fədakarlığınız və cəsarətiniz millətin minnətdarlığına layiqdir”.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью