İspaniyada da meşə yanğını: ölənlər var

08.07.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın Kataloniya bölgəsində baş verən meşə yanğınında iki nəfər həlak olub.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, 3 min hektara yaxın ərazini məhv edən yanğın səbəbindən onlarla insan təxliyə edilib.

Hakimiyyət orqanları 18 mindən çox sakinə evdə qalmağı tövsiyə edib.

Bölgədə işləyən 300-dən çox yanğınsöndürənlə birlikdə təcili yardım bölmələri yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью