İspaniyada daşqın nəticəsində ölənlərin sayı 217 nəfərə çatıb Doğru Xəbərlər

04.11.2024

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 217 nəfərə çatıb; hazırda təkcə Valensiyada 3,6 mindən çox əsgər təbii fəlakət qurbanlarının axtarışına və xilasına cəlb olunub.

Bu barədə 20 Minutos məlumat yayıb.

Təkcə Valensiyada deyil, Əndəlusiya və Kastiliya-La-Mança bölgələrində də ölüm halları var.

Bundan əvvəl Valensiya sakini İspaniyada daşqınların nəticələrini əks etdirən kadrları RT ilə paylaşmışdı.

El Español qəzeti İspaniyada daşqın nəticəsində ölənlərin sayının tezliklə 500-ə çata biləcəyini yazıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью