İspaniyada daşqın qurbanlarının sayı artdı

07.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 219-a çatıb, qurbanların böyük əksəriyyəti Valensiya muxtariyyətində qeydə alınıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cadena SER radiostansiyası məlumat yayıb.

Məlumata görə, itkin düşənlərin sayı 93-ə çatıb. Eyni zamanda, hakimiyyət təbii fəlakət nəticəsində ölənlərdən 54-nün hələ də şəxsiyyətinin müəyyən edilmədiyini bildirib. 

Bundan əvvəl 217 nəfərin öldüyü, 89 nəfərin itkin düşdüyü bildirilirdi.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью