İspaniyada daşqınlar FOTOLARDA KONKRET

04.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

İspaniyanın Valensiya şəhərində baş verən sel daşqınları səbəbilə ölənlərin sayı 211-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin Baş naziri Pedro Sançez bildirib ki, ərazidə insan tələfatı ilə bağlı axtarışlar hələ də davam etdirilir.

“Bu, müasir dövrdə İspaniyada Silahlı Qüvvələrin həyata keçirdiyi ən böyük əməliyyatdır. Hökumət lazım olduğu müddətdə bütün lazımi resursları səfərbər edəcək”.

Qeyd edək ki, faciənin adı 1967-ci ildə Portuqaliyada ən azı 500 nəfərin ölümü ilə nəticələnən daşqınla bir çəkildiyi üçün Avropanın ən böyük fəlakəti də sayılır.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью