İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23.07.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

İspaniya millisinin futbolçuları Qavi və Fabian Ruis 2026-cı il dünya çempionatındakı qələbənin şərəfinə doğma şəhərləri Los-Palasyos-i-Vilyafraka rəsmiləri və sakinləri tərəfindən pomidorla mükafatlandırılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Vanguardia” nəşri məlumat yayıb.
Nəşr yazır ki, yerli sakinlər hər iki futbolçunu şəhər meriyasında rəsmi şəkildə qarşılayıblar.
 

Onlara bələdiyyənin ənənəvi mükafatlarından biri - öz bədən çəkilərinə bərabər miqdarda pomidor təqdim olunub. Mərasim zamanı futbolçular üçün veriləcək pomidorun dəqiq kütləsini müəyyən etmək məqsədilə hər iki oyunçu tərəziyə çıxarılaraq çəkilib.


Xatırladaq ki, İspaniya millisi futbol üzrə 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək çempion olub. Görüşün əsas vaxtı qolsuz (0:0) başa çatıb. İkinci əlavə vaxtda "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres matçın yeganə qolunu vurub.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью