İspaniyada DƏHŞƏT: Şəhərlər su altında qaldı VİDEO

13.10.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər yağan güclü leysan nəticəsində İspaniyanın bir çox bölgələrində küçələr tamamilə çaylara çevrilib.
Bizim.Media xəbər verir ki, bir neçə şəhərdə birinci mərtəbələr tamamilə suya qərq olub, bəzi yerlərdə isə sular o qədər qalxıb ki, minik avtomobilləri damına qədər batıb.
Fövqəladə xidmətlər gecə-gündüz işləsə də, yağışlar fasiləsiz davam edir. Hakimiyyət sakinlərə evlərini tərk etməməyi və yüksəkliklərdə sığınacaq tapmağı tövsiyə edib.
Meteoroloqların bildirdiyinə görə, bu, son illərin ən güclü yağışlarından biridir və təhlükə hələ də keçməyib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью