İspaniyada dəmir yolu qəzaları davam edir

23.01.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın cənub-şərqindəki Kartagena şəhəri yaxınlığında tikinti kranı ilə şəhərətrafı qatar toqquşub.

525.az xəbər verir ki, Mursiya bölgəsindəki Kartagena liman şəhəri yaxınlığında baş verən qəzada dəmir yolu relslərinə girən tikinti kranı ilə şəhərətrafı qatar toqquşub. Səlahiyyətlilər qatarın relsdən çıxmadığını, bəzi sərnişinlərin isə qəza nəticəsində yüngül xəsarətlər aldığını bildirib.

Qeyd edək ki, bu hadisə İspaniyada son 5 gündə 3-cü qatar qəzası kimi qeydə alınıb.

Məhəmməd Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью