Icma.az, Ayna portalına istinadən məlumat verir. “Narkodronlar” Ukraynada istehsal edilib və sonra avtomobil yolu ilə İspaniyanın cənubuna d
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
“Milli polis məmurları İspaniyanın cənubundakı Algeciras şəhərində PUA-lardan istifadə etməklə Mərakeşdən ölkəmizə həşiş gətirməklə məşğul olduğu iddia edilən cinayətkar təşkilatı zərərsizləşdirib.
“Narkodronlar” Ukraynada istehsal edilib və sonra avtomobil yolu ilə İspaniyanın cənubuna daşınıb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Europol nümayəndələrinin, eləcə də Ukrayna və Polşanın polis orqanlarının iştirak etdiyi istintaq çərçivəsində Algeciras və Marbella şəhərlərində 6 axtarış aparılıb.
Nəticədə on nəfər saxlanılıb, onlardan yeddisi nəzarətə götürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar hər uçuşda təqribən 10 kq həşiş daşıya bilən və 50 km-dən çox uçuş məsafəsinə malik böyük, əldəqayırma dronlardan istifadə ediblər.
Bildirilib ki, bu dronlar Mərakeş və İspaniya arasındakı marşrutu eniş ehtiyacı olmadan Cəbəllütariq boğazının suları üzərindən keçə bilərlər.