İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib Xəbər saytı Son xəbərlər və…
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya Milli Polisi Ukraynaya məxsus dronlarda Mərakeşdən ölkəyə narkotik maddələr daşıdığı iddia edilən cinayətkar qrupu zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
"Milli polisin əməkdaşları Alxesirasda (İspaniyanın cənubundakı şəhər - red.) pilotsuz uçuş aparatlarından istifadə etməklə ölkəmizə həşiş gətirməklə məşğul olduğu iddia olunan cinayətkar təşkilatı zərərsizləşdiriblər.
"Narkodronlar" Ukraynada istehsal olunur, sonra isə avtomobil yolu ilə ölkəmizin cənubuna gətirilirdi", - məlumatda bildirilir.
Qeyd olunur ki, Avropol nümayəndələrinin, eləcə də Ukrayna və Polşanın polis orqanlarının iştirak etdiyi istintaq çərçivəsində Alxesiras və Marbelya şəhərlərində 6 axtarış aparılıb.
Nəticədə 10 nəfər saxlanılıb ki, onlardan 7-si həbs edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar hər uçuşda təqribən 1
Vurğulanır ki, bu dronlar Mərakeş və İspaniya arasındakı marşrutu eniş ehtiyacı olmadan Cəbəllütariq boğazının suları üzərindən keçə bilərdi
Tam oxu
Xəbəri oxu