İspaniyada elektrik enerjisinin kəsilməsi ilə bağlı itkilər 4,5 milyard avroya çata bilər

01.05.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İspaniyada genişmiqyaslı elektrik enerjisinin kəsilməsi nəticəsində itkilər 4,5 milyard avroya çata bilər.
Yeniavaz.com
RTVE-yə istinadla xəbər verir ki, bu barədə İspaniyanın Qranada Universitetinin iqtisadiyyat professoru Fransisko Rodriges bildirib.
O, həmçinin bildirib ki, yekun məbləğ hər bir sektorun təsir etdiyi müddət və intensivlikdən asılıdır.
Qeyd edək ki, aprelin 28-də günorta saatlarında bütün İspaniyada elektrik enerjisinin verilişində irimiqyaslı problemlər qeydə alınıb.
Svetoforlar fəaliyyətini dayandırıb, insanlar qatarlarda qalıb, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti dayandırılıb.
Mobil rabitə və internet də işləməyib. Yalnız axşama doğru elektrik enerjisinin verilişinin tədricən bərpasına başlanılıb.
Elektrik şəbəkəsinin operatoru artıq elektrik sisteminin normal işləməyə qayıtması barədə məlumat verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью