İspaniyada fermada 7 ton kokain aşkarlanıb

31.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyada fermada basdırılmış iki yük konteynerində 7 ton kokain aşkarlanıb.

APA-nın “CBS News”-ə istinadən verdiyi xəbərə görə, polis əməliyyata iki gün əvvəl başlayıb.

Qvadalkvivir çayında iki şübhəli kater aşkarlanıb. Katerlər Sevilya şəhərindən cənubdakı Koria-del-Rio bələdiyyəsinə doğru hərəkət edib və oradakı fermada basdırılmış iki konteynerə kokain boşaldılıb.

Fermada biri avtomat olmaqla 3 ədəd odlu silah, iki oğurlanmış avtomobil də aşkarlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью