İspaniyada fişəng festivalında partlayış: 27 yaralı Video

09.08.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyada hər il keçirilən "Castell de l'Olla" atəşfəşanlıq festivalında pirotexnikanın nasazlığı səbəbindən 27 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu məlumatı tədbirin təşkilatçıları təsdiqləyiblər.

Məlumata görə, zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Qeyd olunur ki, Alikante vilayətinin Altea şəhərində 40 ildir keçirilən "Castell de l'Olla" festivalında 100 minə yaxın insan toplaşıb.

Fişənglər isə dənizdəki üzən platformalardan buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью