İspaniyada futbolçu ağır zədə aldı, oyun dayandırıldı

02.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyada futbolçu ağır zədə aldı, oyun dayandırıldı

İspaniya Sequnda Liqasında keçirilən “Tenerife” - “Andorra” matçı futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu gün keçirilən görüşün əlavə vaxtında “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovononun müdaxiləsindən sonra başından ciddi zədə alıb.

Hesab 2:2 olarkən, əlavə vaxtın 7-ci dəqiqəsində qapıçı cərimə meydançasından çıxaraq topa müdaxilə etmək istəyib. Bu zaman onun dizinin De Migelin başına dəydiyi bildirilir. Futbolçu huşunu itirərək meydanda hərəkətsiz qalıb. Baş hakim Ovonoya birbaşa qırmızı vərəqə göstərib.

De Migel təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. İspaniya mediasının məlumatına görə, futbolçu sonradan özünə gəlib.

Qeyd edək ki, hadisədən sonra qarşılaşma yarımçıq dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью