Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyada futbolda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni qanun layihəsi hazırlanır.
İdman.Biz xəbər verir ki, ilkin qanun layihəsinə əsasən, illik dövriyyəsi 5 milyon avrodan çox olan futbol klubları investorlarını, sponsorlarını, agentlərini və vasitəçilərini müəyyənləşdirməli, həmçinin iri məbləğli sövdələşmələr barədə dövlət orqanlarına məlumat verməli olacaqlar.
Qeyd edək ki, bu dəyişikliklər çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı ilkin qanun layihəsinə daxil edilib.