İspaniyada genişmiqyaslı əməliyyat 7 ton kokain...

31.12.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyada fermada basdırılmış iki yük konteynerində 7 ton kokain aşkarlanıb.

Bakıvaxtı.az-ın “CBS News”-ə istinadən verdiyi xəbərə görə, polis əməliyyata iki gün əvvəl başlayıb.

Qvadalkvivir çayında iki şübhəli kater aşkarlanıb. Katerlər Sevilya şəhərindən cənubdakı Koria-del-Rio bələdiyyəsinə doğru hərəkət edib və oradakı fermada basdırılmış iki konteynerə kokain boşaldılıb.

Fermada biri avtomat olmaqla 3 ədəd odlu silah, iki oğurlanmış avtomobil də aşkarlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью