İspaniyada güclü zəlzələ: 3 nəfər yaralandı, dağıntılar var

18.08.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın Qranada əyalətində 4,8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində üç nəfər yüngül xəsarət alıb, ciddi dağıntılar qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 10:30-dan sonra baş verib. Zəlzələnin episentri Qohar bələdiyyəsində, üç gün əvvəl – avqustun 15-də səhər saatlarında 4,8 bal gücündə başqa bir zəlzələnin qeydə alındığı Alhendin bələdiyyəsindən cəmi bir neçə kilometr aralıda yerləşib.

Yeraltı təkanlar Qranada ilə yanaşı, Malaqa, Kordova, Almeriya, Xaen və digər şəhərlərdə də güclü hiss olunub.

Zəlzələdən sonrakı ilk 20 dəqiqə ərzində 4 afterşok qeydə alınıb. Növbəti iki saat ərzində isə daha iki afterşok baş verib.

Hadisə nəticəsində üç nəfərin yüngül xəsarət aldığı, ərazidə ciddi dağıntıların olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью