İspaniyada hakimlər “Real Madrid”lə gərginlikdən narahatdırlar

13.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” futbol komandası ilə ölkənin hakimlər korpusu arasında münasibətlər gərginləşib.

İdman.Biz xəbər verir ki, “Cadena SER” radiosunun məlumatına görə, İspaniya Hakimlər Texniki Komitəsinin müxtəlif səviyyələrində Madrid təmsilçisinin La Liqa hakimlərinə qarşı sərt ritorikasından narahatlıq ifadə olunur.

Komitədə hesab edirlər ki, cari mövsümdə hakimlərə tribunalar, kütləvi informasiya vasitələri və klub mediası tərəfindən göstərilən təzyiq artıb.

Xüsusilə “Real Madrid” - “Barselona” qarşılaşması ərəfəsində vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.

Məlumata əsasən, Hakimlər Texniki Komitəsi Madrid klubu ilə münasibətlərdə gərginliyi azaltmağa çalışır. Lakin “Real Madrid”in nümayəndələri son bir neçə ay ərzində təşkil olunan görüşlərin heç birində iştirak etməyiblər.

Qeyd edək ki, “Real Madrid” və “Barselona” arasında El-Klasiko İspaniya La Liqasının onuncu turu çərçivəsində oktyabrın 25-də keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью