Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya Hakimlər Komitəsinin daxili siyasətinə əsasən, bir oyun ərzində VAR-dan iki dəfə xəbərdarlıq alan hakim cəzalandırılacaq.
İdman.Biz xəbər verir ki, COPE radiosunun məlumatına görə, bu qərar hakimin meydanda oyunu oxuma qabiliyyətinin zəiflədiyini göstərən açıq siqnal kimi qiymətləndirilir. Hakimlər Komitəsi hesab edir ki, VAR-ın dəfələrlə müdaxiləsi referinin epizodları real vaxtda düzgün dəyərləndirə bilmədiyini ortaya qoyur.
Qaydaya əsasən, bir qarşılaşmada iki dəfə VAR müdaxiləsi ilə qərarını dəyişməyə məcbur olan hakimlərin fəaliyyəti ayrıca analiz ediləcək və nəticədən asılı olaraq onlara intizam tədbirləri tətbiq olunacaq.
İspaniya mediası qeyd edir ki, bu addım hakimlərin meydandakı məsuliyyətini artırmaq və VAR-dan asılılığın qarşısını almaq məqsədi daşıyır. Hakimlərdən əsas qərarları birbaşa meydanda, texnologiyaya minimum ehtiyacla vermək tələb olunur.