İspaniyada ilk dəfə Daun sindromlu qadın deputat seçildi

30.07.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


İspaniyada ölkə siyasəti tarixində ilk dəfə Daun sindromlu qadın parlamentə seçilib.

"Bakupost" xəbər verir ki, Mar Qalseran İspaniya parlamentində deputat mandatı qazanan ilk Daun sindromlu qadın olaraq tarixə düşüb.

Uzun illər siyasətlə məşğul olan Qalseran bu uğura əzmi və fəaliyyəti nəticəsində nail olub.

Onun seçilməsi cəmiyyətdə inklüzivlik və bərabər imkanlar baxımından mühüm addım kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, bu hadisə fərqli xüsusiyyətlərə malik insanların ictimai və siyasi həyatda daha geniş təmsil olunmasının vacibliyini göstərir.

Qeyd edək ki, Qalseranın nailiyyəti beynəlxalq medianın da diqqətini çəkib və sosial bərabərlik istiqamətində mühüm hadisə kimi dəyərləndirilir.

Günel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью