İspaniyada isti hava 1180 nəfərin həyatına son qoydu

15.07.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

2025-ci ilin may-iyul aylarında İspaniyada müşahidə olunan isti hava şəraiti nəticəsində 1180 nəfər həyatını itirib.

Axar.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Rəsmi məlumata əsasən, mayın 16-dan iyulun 13-dək isti dalğalarının yaratdığı ölüm halları ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb: 2024-cü ilin eyni dövründə cəmi 70 belə hadisə qeydə alınmışdı. Xüsusilə iyulun ilk həftəsində iyunla müqayisədə ölüm hallarında 47 faiz artım müşahidə olunub.

Qeyd olunur ki, ölənlərin 95 faizindən çoxunu 65 yaşdan yuxarı şəxslər təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью