İspaniyada kimyəvi zavodda yanğın

15.05.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

77 min əhalisi olan Alkala-de-Quadaira şəhərində yerləşən kimyəvi məhsullar istehsal edən zavodda yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə şəhərin üzəri bütünlüklə zəhərli tüstü ilə örtülüb.

Yerli sakinlərin məlumatına görə, əvvəlcə zavod ərazisində partlayış baş verib. Daha sonra yanğın başlayıb. İşçilər alovu söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər və əraziyə yanğınsöndürənlər çağırılıb. Zavodun kollektivi bütünlüklə təxliyə olunub. Yanğın o qədər güclü olub ki, ətrafa yayılan tüstü 100 km məsafədən görünüb.

Şəhər rəhbərliyi əhalidən evlərini tərk etməməyi, qapı və pəncərələri bağlamağı tələb edib. 

Qeyd edək ki, partlayışın baş vermə səbəbləri bəlli deyil, xəsarət alanlar barədə məlumat verilmir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью