İspaniyada klubunu dəyişdi

14.08.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Luka Zidan İspaniyada klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, “Qranada”dan ayrılan qapıçı karyerasını “Leqanes”də davam etdirəcək. 28 yaşlı futbolçu yeni klubu ilə birillik müqavilə imzalayıb. Müqavilənin müddəti daha bir il uzadıla bilər.
Transferin maliyyə detalları açıqlanmayıb.
Zidan son iki mövsümdə La Liqa 2-də çıxış edən “Qranada”nın formasını geyib. Bu müddətdə bütün turnirlərdə 45 oyuna çıxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.
Fransa yığmasının sabiq oyunçusu Zinəddin Zidanın oğlu olan Luka “Real”ın yetirməsidi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью