İspaniyada kömür mədənində qəza baş verdi, ölənlər var KONKRET

31.03.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın Asturiya regionunda kömür mədənində baş verən qəza nəticəsində 5 şaxtaçı ölüb, 4 nəfər yaralanıb.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, daha iki şaxtaçı heç bir xəsarət almadan sağ çıxarılıb.

Agentlik regionun fövqəladə hallar xidmətlərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 9:32-də (Qrinviç üzrə 07:32) şaxtanın avadanlıqlarında nasazlıq yaranıb və qəza baş berib. Hadisə yerinə 3 helikopter və 2 təcili yardım maşını göndərilib.

Region rəhbəri Adrian Barbon iki günlük matəm elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью