İspaniyada meşə yanğınları, daha 1100 nəfər təxliyə olundu

13.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyada meşə yanğınları davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Uelva və Ueska əyalətlərində yeni yanğın ocaqlarına görə 1100-dən çox yerli sakin təxliyə olunub.

Təhlükəli ərazilərdən çıxarılanların 681-i Ueska, 477-i isə Uelvanın payına düşüb. Bundan başqa Ueskada 31 min, Uelvada isə 6 min hektara yaxın yaşıl sahə külə dönüb.

Qeyd edək ki, yanğınla mübarizəyə yüzlərlə canlı qüvvə, onlarla texnika, o cümlədən helikopterlər cəlb olunub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью