İspaniyada meşə yanğınlarından əziyyət çəkən heyvanlara yardım aksiyası başlanılıb

29.07.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyada meşə yanğınları davam edir. Təbii fəlakət nəticəsində minlərlə insan təxliyə olunub, xəsarət alanlar var. Yanğından ziyan görən təkcə insanlar deyil, həm də sahibsiz heyvanlardır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bəzi əyalətlərində sahibsiz pişiklərə, itlərə və digər heyvanlara yardım aksiyasına start verilib.

Bu məqsədlə Madrid ətrafındakı bir neçə yaşayış məntəqəsində veterinarlar və könüllülər zədələnmiş, yanıq xəsarətləri almış, zəhərlənmiş, susuzluqdan əziyyət çəkən heyvanlara kömək edirlər. Daha ciddi müalicəyə ehtiyacı olan heyvanlar veterinar klinikalara yerləşdirilir. Həmçinin, bəzi hallarda evlərə çağırışlar da olur.

Bundan başqa yerli hakimiyyət orqanları şəxsi fermalardadakı heyvanlara yardım kimi 300 min ton yem və 20 min litr su ayırıb. 

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью