İspaniyada miqrantlar zəbt etdikləri evlərdən zorla çıxarılır KONKRET

18.08.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyada miqrasiya böhranının dərinləşməsi fonunda yaşayış evlərini qanunsuz zəbt edən şəxslərin mənzillərdən çıxarılması üzrə özəl xidmətlərə tələbat artır.

KONKRET.az xəbər verir ki, xüsusilə Seuta şəhərində miqrant axınının kəskin artması və qəbul mərkəzlərinin yüklənməsi İspaniyada mənzil, təhlükəsizlik və yaşayış sahələrinin qanunsuz zəbt edilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Miqrasiya böhranı fonunda mənzil məsələsinin daha da aktuallaşması ev sahiblərinin mülklərini geri qaytarması üçün özəl şirkətlərə müraciətlərinin artmasına səbəb olub.

Bu şirkətlər ev sahiblərinə yaşayış sahələrini qanunsuz məskunlaşan şəxslərdən geri alma prosesində hüquqi və praktiki yardım göstərirlər. Xidmətlərə tələbatın artması İspaniyada “okupas” problemi kimi tanınan mənzil zəbtinin cəmiyyət üçün getdikcə daha ciddi məsələyə çevrildiyini göstərir.

Seutada miqrantların sayının artması ilə yanaşı, qəbul mərkəzlərinin imkanlarının məhdudlaşması da sosial gərginliyi artırıb. Nəticədə mənzil çatışmazlığı, ictimai təhlükəsizlik və mülkiyyət hüquqları ətrafında mübahisələr yenidən kəskinləşib.

İspaniyada evlərin qanunsuz zəbt edilməsi problemi uzun müddətdir siyasi müzakirələrin əsas mövzularından biridir. Ev sahibləri mülklərini qanunsuz zəbt edən şəxslərdən geri alma prosesinin uzun və mürəkkəb olmasından narazıdırlar.

Miqrasiya böhranının davam etməsi isə bu problemin yaxın gələcəkdə daha da aktuallaşacağı ilə bağlı narahatlıqları artırır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

https://konkret.az/cloud/uploads/2026/08/WhatsApp-Video-2026-08-18-at-11.19.30.mp4

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью