İspaniyada miqrantlarla bağlı YENİ TƏHLÜKƏ

27.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İspaniya polisi Seutadan ölkənin materik hissəsinə reaktiv xizəklərlə keçən qanunsuz miqrantların sayında kəskin artım qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, “El Mundo” qəzetinin məlumatına görə, iyul ayında baş verən kütləvi sərhəd pozuntusundan sonra təxminən 250 nəfər bu üsuldan istifadə edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əvvəllər miqrantların əsasən sərhəd çəpərlərinə hücum edərək və ya üzərək keçməsinə üstünlük verildiyi halda, hazırda təşkilatçılar yüksək sürətli nəqliyyat vasitələrindən istifadə edirlər. Reaktiv xizəklərin yüksək sürəti sahil mühafizə xidmətlərindən yayınmağa imkan verir. Bu nəqliyyat vasitələri ilə eyni anda bir neçə nəfərin daşınması da mümkündür.

Məlumata görə, belə bir keçidin qiyməti 3-6 min avro arasında dəyişir. Piyada keçid miqrantlar üçün daha ucuz olsa da, dəniz yolu ilə İspaniyanın materik hissəsinə çatmaq daha gizli üsul hesab olunur.

Polis bu marşrutun qarşısı alınmadığı təqdirdə, miqrasiya böhranının Seutadan kənara yayılacağından narahatdır.

Qeyd edək ki, iyul ayının sonunda on minlərlə miqrant İspaniyanın Seuta şəhərinə üzərək keçməyə çalışıb. Böhranın pik həddində şəhərdə 80 minə qədər miqrantın olduğu təxmin edilirdi.

Vəziyyəti nəzarətə almaq üçün Madrid Seutaya ordu bölmələri yerləşdirib. Hərbçilər əsas infrastrukturun qorunmasını təmin edib və miqrantların Mərakeşə geri qaytarılmasında yerli polisə kömək göstərib.

Daha sonra İspaniya hakimiyyəti miqrantların əksəriyyətinin geri qayıtdığını açıqlasa da, şəhərdə nə qədər şəxsin qaldığı barədə dəqiq məlumatın olmadığı bildirilib.

Miqrant axını fonunda Seutada 100-dən çox insanın öldüyü də qeyd olunub.

Günəş Mərd  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью