İspaniyada mobil rabitə problemi Əlaqə yaratmaq mümkün deyil

20.05.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İspaniyanın "Telefónica" telekommunikasiya infrastrukturunda yaranan texniki nasazlıq səbəbindən bütün ölkədə ciddi rabitə problemləri yaşanıb.

AZXEBER.COM xarici mətuata istinadən xəbər verir ki, hadisə son həftələrdə elektrik enerjisinin kəsilməsindən sonra baş verib.

Nasazlıq İspaniyanın bir çox yerlərində "Telefónica" xidmətlərinə təsir göstərərək, xüsusilə stasionar telefonlarda ciddi fasilələrə səbəb olub.

Mobil səs xidmətləri də qismən sıradan çıxıb və təcili yardım xətlərinə müraciət etmək mümkün olmayıb.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью