Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
30-31 iyul tarixlərində təxminən 70 min qeyri-qanuni miqrantın Mərakeşdən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya keçməsindən sonra başlayan böhran ölkədə siyasi gərginliyi artırıb.
Turkustan.az xəbər verir ki, sağ və ifrat sağçı müxalifət partiyaları böhrana görə solçu hökuməti məsuliyyətə cəlb edərək ölkə üzrə nümayişlər təşkil ediblər.
Seutanın İspaniya hakimiyyəti altında olmasını qeyd etmək məqsədilə hər il 2 sentyabrda keçirilən “Seuta Günü” bu il şəhərə dəstək nümayişləri və hökumətə qarşı etirazlarla yadda qalıb.
Bələdiyyələr Federasiyasının çağırışı ilə keçirilən aksiyalar ölkənin bir sıra böyük şəhərlərində, xüsusilə paytaxt Madriddə baş tutub. Nümayişlərə əsas müxalifət qüvvəsi olan sağçı Xalq Partiyası (PP) və ifrat sağçı Vox da dəstək verib.
Miqrant böhranının başlanmasından təxminən bir ay sonra minlərlə insan Seutanın İspaniya suverenliyi altında qalmasını dəstəkləmək, şəhərdəki qeyri-qanuni miqrasiya probleminin həllini tələb etmək və hökumətin böhranı idarə etmə siyasətinə etiraz etmək üçün küçələrə çıxıb.
Aytən Yaşar/ Turkustan.az