İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

29.11.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyada noyabrın 29-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

APA xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatasına – Deputatlar Konqresinə 350, yuxarı palatasına – Senata isə 209 üzv seçiləcək.

Ölkə üzrə 22,5 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

İspaniyada 38,6 milyondan çox insan səsvermə hüququna malikdir. Onlardan təxminən 2,6 milyonu xaricdə yaşayır.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki günü təhlükəsizliyin təmin edilməsinə 100 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunacaq.

Qeyd edək ki, İspaniyada növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulurdu. Lakin oktyabrın 2-də parlament hökumətin mənzil sahəsi ilə bağlı iki qərarını dəstəkləməyib.

Bundan sonra İspaniyanın Baş naziri Pedro Sançes oktyabrın 5-də növbədənkənar seçkilərin keçirilməsi barədə qərarını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью