İspaniyada olan turistlərə xəbərdarlıq edildi

29.07.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın Barselona şəhərinə səfər etməyi planlaşdıran turistlər xəbərdarlıq edilib.

"Cebheinfo.az" xəbər verir ki, şəhərdə çimərlik, hovuz və sahil zolağından kənarda yerləşən ictimai yerlərdə yalnız çimərlik geyimi və ya bədənin üst hissəsini örtən geyim olmadan gəzmək qadağandır.

Mövcud qaydalara əsasən, bu məhdudiyyət çimərlik və hovuz ətrafı, eləcə də sahillə birbaşa əlaqəsi olan küçələrə şamil edilmir.

Həmin ərazilərdə çimərlik geyimindən istifadə etməyə icazə verilir.

Qaydanı pozan şəxslər əvvəlcə səlahiyyətli qurumlar tərəfindən xəbərdar edilir. 

Xəbərdarlığa baxmayaraq, uyğun geyim geyinməkdən imtina edənlər isə 140-340 dollar məbləğində cərimə oluna bilərlər.

Bununla yanaşı, idmanla məşğul olan və ya məşq edən şəxslərin köynəksiz hərəkət etməsi qadağa çərçivəsinə daxil edilmir.

Mütəxəssislər turistlərə tövsiyə edirlər ki, çimərlikdən ayrıldıqdan sonra köynək, şort, ətək və ya digər gündəlik geyimlərdən istifadə etsinlər. Bu, həm yerli qaydalara əməl olunmasına, həm də cərimə riskindən yayınmağa kömək edəcək.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью