İspaniyada oynamış veteran: “Sürpriz etmək çox çətindir”

25.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” Çempionlar Liqasının V turunda bu gün İspaniya təmsilçisi “Barselona”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matça saat 21:45-də start veriləcək.

Vaxtilə İspaniyada “Betis”, “Albasete” kimi klublarda top qovmuş veteran futbolçu Vəli Qasımov bugünkü qarşılaşma ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Matçla bağlı gözləntiləriniz nədən ibarətdir?
– Oyuna gəlincə, “Barselona” aşkar favoritdir. “Sabah”dan yaxşı oyun gözləyirik və komandamıza azarkeşlik edəcəyik.

– Proqnozunuz nədir?
– Nəticə qazanmaq çətin olacaq. Dünyanın ən yaxşı komandalarından biri Bakıya gəlib. Bizim üçün bayram günüdür. Fanatlar da səbirsizliklə matçı gözləyir.

– “Sabah”ın sürpriz etmək potensialı var?
– “Barselona”ya qarşı sürpriz etmək çox çətindir. Ancaq futboldur. Bəzən olur ki, 10 hücuma qol vura bilmirsən, rəqib bir atakda fərqlənir.

– Oyunu stadiondan izləyəcəksiniz?
– Xeyr, stadiona gedə bilməyəcəyəm, işlə əlaqədar Şamaxıdayam.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью