Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyada paraşütlə uçan britaniyalı turist faciəvi şəkildə həlak olub.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Hadisə iyunun 17-də Pireney dağlarının ətəyində yerləşən Palau de Noguera kəndi yaxınlığında baş verib. 63 yaşlı kişi yüngül təyyarə ilə uçuş zamanı elektrik xətlərinə çırpılıb və yerə düşüb.
Hadisə yerinə üç təcili yardım briqadası cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər xəsarətlərin çox ağır olduğunu bildiriblər.
Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır. Həlak olan şəxsin kimliyi isə açıqlanmayıb.
Aytəkin TOFİQQIZI