İspaniyada pomidor festivalı keçirildi Fotolar

27.08.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın ən məşhur festivallarından biri olan "La Tomatina" minlərlə insanın iştirakı ilə Bunol şəhərində yenidən keçirilib.


Kulis.az xəbər verir ki, Çərşənbə günü təşkil olunan 79-cu "La Tomatina" festivalına qatılan minlərlə insan bir saatdan biraz artıq vaxt ərzində küçələrdə 165 tondan artıq pomidoru bir-birinə ataraq əylənib.

Hər il avqustun son çərşənbəsi keçirilən festivalın əsası 1945-ci ildə bir parado zamanı iki gənc qrupunun davası ilə qoyulub.

1950-ci illərdə diktator Fransisko Franko tərəfindən qadağan edilsə də, şəhər sakinlərinin simvolik "pomidor dəfni" etirazından sonra bayram 1959-cu ildə rəsmi qaydalarla bərpa olunub.

Bu il 20 mindən çox insanın qatıldığı festivala gələnlərin 40 faizə yaxınını xarici turistlər təşkil edib.

2011-ci il istehsalı olan "Zindagi Na Milegi Dobara" Bollivud filminin çəkilişlərindən sonra bayram xüsusilə Hindistandan gələn turistlər arasında böyük populyarlıq qazanıb.



Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı İranda məşhur aktyora ağır cəza - 99 qamçı vurulacaq Məşhur müğənni həm Parkinson, həm də xərçəng oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью