İspaniyada qadın turist yeddinci mərtəbədən yıxılaraq sağ qaldı

29.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın Mayorka kurortunda fransalı qadın turist hotelin yeddinci mərtəbəsindən hovuza yıxılaraq, möcüzəvi şəkildə sağ qalıb.

Bu barədə Oxu.Az "Majorca Daily Bulletin" nəşrinə istinadla xəbər verir.

31 yaşlı avropalı qadın yıxıldıqdan sonra ciddi xəsarətlər alıb və ürəyi dayanıb.

Polis və İspaniya Mülki Qvardiyasının əməkdaşları, eləcə də həkimlər hadisə yerinə gəliblər və onu xəstəxanaya aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью