İspaniyada qocalar evində yanğın olub

15.11.2024

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hadisə zamanı azı 10 nəfər ölüb

İspaniyanın Saraqosa əyalətində (Araqon muxtar icması) qocalar evində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın yerli vaxtla təxminən 05:00-da baş verib. Bu zaman binada 82 nəfər olub. Hadisə nəticəsində xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.

Yanğının səbəbi dəqiqləşdirilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью