İspaniyada qocalar evində yanğın olub, ölən və yaralananlar var

15.11.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın Saraqosa şəhəri yaxınlığındakı Villafranca de Ebro qəsəbəsindəki qocalar evində yanğın baş verib.Bu barədə İspaniyanın "Heraldo” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində on nəfər ölüb, azı iki nəfər ağır yaralanıb.Yanğın zamanı mərkəzdə 82 nəfər olub.

Yanğının səbəbi hələlik məlum deyil.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью