İspaniyada rekord həcmdə kokain partiyası müsadirə EDİLDİ

06.11.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın hüquq-mühafizə orqanları 13 ton ağırlığında kokain partiyasını ələ keçirib. Bu, ölkə tarixində müsadirə edilmiş rekord həcmdir.

Bu barədə krallığın polisinin məlumatına istinadən “El Mundo” nəşri məlumat yayıb.

“Alxesiras limanında ümumi çəkisi 13 062 kq olan kokain dolu konteyner ələ keçirilib ki, bu da indiyədək İspaniyada narkotikin bu növünün ən böyük müsadirə həcmidir”, - məlumatda deyilir.

Bu partiyanın Avropada ikinci böyük partiya olduğu bildirilib. Narkotiklər Ekvadordan gətirilən banan qablarında gizlədilibmiş.

Polisin məlumatına görə, axtarış zamanı bir şübhəli şəxs saxlanılıb, idxalçı şirkətin iki meneceri isə axtarışa verilib. \\Redaktor.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью