İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı

28.03.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmə "Altadis" şirkətinin kassasiya şikayətini rədd edib və bununla tərəflər arasında mübahisəyə son qoyub.

Məhkəmə müəyyən edib ki, əsərlər əvvəlcə kral mülkiyyətinə aid olub, daha sonra isə dövlətin mülkiyyətinə keçib. Qeyd olunub ki, tabloların daha əvvəl müəyyən şirkətlərə verilməsi yalnız istifadə məqsədi daşıyıb və mülkiyyət hüququnun itirilməsi demək olmayıb.

Bildirilir ki, daha əvvəl aşağı instansiya məhkəmələri də "Altadis"in iddialarını rədd etmişdi.

Söhbət 1789-cu ildə çəkilmiş İspaniya kralı IV Karl və kraliça Mariya Luizanın portretlərindən gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью