İspaniyada Rusiyaya kimyəvi məhsul tədarük edən 5 nəfər saxlanılıb

13.02.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya Milli Polisi Rusiyaya kimyəvi məhsulların tədarükü ilə bağlı Avropa embarqosunu pozmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Onların verdiyi məlumata görə, “qadağan olunmuş malların qaçaqmalçılığı” ilə bağlı şübhəlilər Barselona və Valensiya əyalətlərində saxlanılıb. Polisin qeyd etdiyi kimi, bu, əməliyyatın ikinci mərhələsidir, 2024-cü ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları Barselona limanında Rusiyaya göndərilmək üçün nəzərdə tutulmuş 13 ton kimyəvi məhsul ələ keçiriblər.

“İkinci mərhələdə biz kimya məhsullarının Rusiyaya qeyri-qanuni ixracı ilə bağlı yeni halların təsdiqinə nail olduq”, - deyə polisin yaydığı press-relizdə qeyd edilir. Polisin bildirdiyinə görə, araşdırmalar davam edir.

Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью